Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Lənkəranda karantin qaydalarını pozan şəxslərlə bağlı reyd keçirilib

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.

"RegionTV.info"  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə növbəti reyd təşkil olunub.

Polis əməkdaşları bir daha sakinlər arasında profilaktik söhbətlər apararaq onları tibbi maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Qapalı və açıq məkanlarda, həmçinin ictimai nəqliyyatda, taksi xidməti göstərən nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlar barəsində qanunamüvafiq tədbirlər görülüb.

Qapalı məkanlarda və ictimai nəqliyyatda sosial məsafənin gözlənilməsilə bağlı bir daha xəbərdarlıqlar edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də