Rusiya prezidenti Vladimir Putinlə danışıqlar gərgin və məhsuldar keçib.
"RegionTV.info" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın erməni hüquqşünasları assosiasiyasının üzvləri ilə görüşündə bildirib.
“Üç saat yarım ərzində Vladimir Putinlə bir çox məsələni müzakirə etdik. Heç bir sənəd imzalanmamasına baxmayaraq, görüş səmərəli keçdi. İmzalanmış müqavilələrin reallaşdırılması kimi bir çox razılaşmanı müzakirə etdik”, - Paşinyan belə deyib.
Qeyd edək ki, N.Paşinyan Moskvada rəsmi səfərdədir.
Xəbəri paylaş