Bakıda qadını motosiklet vurub Tarix: 8-04-2021, 08:28 Xəbərə baxış: 119 Bakının Nəsimi rayonunda avtoqəza zamanı bir nəfər xəsarət alıb."RegionTV.info"nun məlumatına görə, hadisə 5-ci mikrorayonda baş verib.1982-ci il təvəllüdlü Hüseynova Xoşbəxt Zahid qızı yolu keçərkən onu motosiklet vurub. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.