
"RegionTV.info" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, "Zeytun budağı" əməliyyatı zonasında PKK/YPG terrorçularının təşkil etdiyi hücum zamanı 2 əsgər şəhid olub. Türkiyə ordusunun cavab tədbirləri nəticəsində azı 3 terrorçu zərərsizləşdirilib. Qeyd edilir ki, terrorçuların mövqelərinə zərbələr davam etdirilir.