Tovuzda gimnaziyada müəllim və şagirdlər COVID-19-a yoluxdu, tədris dayandırıldı Tarix: 7-04-2021, 22:35 Xəbərə baxış: 151 Tovuz rayonunun Qovlar şəhərində İnteqrasiya Təlimi İnternat Tipli Gimnaziyanın 5 sinfi koronavirus səbəbindən bağlanılıb."RegionTV.info"nun məlumatına görə, Gimnaziyanın 5 müəllimi və 3 şagirdi COVID-19-a yoluxub.Bu səbəbdən tədris müəssəsinin iki 3-cü, iki 4-cü və bir 9-cu sinfi bağlanıb. Bu siniflərin şagirdləri üçün tədris distant formada keçirilir.