
"RegionTV.info" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən il beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair və s. dövlətlərdən ölkəmizə ekstradisiyasına nail olunub.
Ümumilikdə ötən beş il ərzində 200 nəfərdən çox cinayətkar şəxslərin Azərbaycana ekstradisiyası təmin olunub.