
"RegionTV.info"nun xəbərinə görə, Ramiz Mehdiyevin rəsmi bioqrafiyasında yazılıb ki, o, elmi kadr yetişdirməyib, amma bu, yalandır.
Həqiqət isə budur: Ramiz Mehdiyevin elmi kadrı var. O, tanınmış jurnalist İbrahim Məmmədovun elmi rəhbəri olub. İ.Məmmədov 2015-ci ildə “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsi: 1988-ci il Sumqayıt hadisələri” adlı elmi iş müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
