"RegionTV.info"
Son dövrlər ayrı-ayrı şəxslər tərəfindən COVID-19 xəstələrinə yanlış tövsiyələr verildiyinə və müalicənin doğru aparılmadığı hallarına rast gəlinir. Bununla bağlı TƏBİB koronavirus xəstələri ilə çalışan həkim heyətinə və bu infeksiyaya yoluxan şəxslərə müraciət edərək bildirib ki, xəstənin vəziyyətini daha da ağırlaşdıran belə müalicə üsulları qətiyyən yolverilməzdir.
Bir çox ölkələrdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və etibarlı elmi mənbələrə əsaslanaraq koronavirusla əlaqədar tibb işçiləri üçün müalicə protokolları hazırlanıb. TƏBİB tərəfindən də belə protokollar xəstəliyin yarandığı ilk günlərdən tərtib olunub, stasionar tibb müəssisələrinə göndərilib və vaxtaşırı yenilənir. Vətəndaşlara yalnız təsdiqlənmiş üsullardan istifadə etməyi tövsiyə edilir.
Ekspertlər bildirirlər ki, mövcud bəzi boşluqlardan istifadə edərək xəstəliyin müalicəsində yanlış üsulları məsləhət görən şəxslər araşdırılmalıdır.
Bu mövzuda əsas məsuliyyət isə vətəndaşların üzərinə düşür. COVID-19-a yoluxan şəxs anlamalıdır ki, təsdiq olunmayan müalicə üsulu onların vəziyyətini daha da ağırlaşdıra bilər.
Koronavirusa yoluxan şəxs bilməlidir ki, xəstəliklə mübarizədə təsdiqlənmiş üsullardan istifadə etmək mütləqdir. Fərqli şəxslər tərəfindən verilən yalnış tövsiyələrə deyil, yalnız etibarlı mənbələrdə qeyd edilən müalicə üsullarına əsaslanmaq lazımdır.
Xəbəri paylaş