"RegionTV.info"
Rusiya Prezidenti Vladimir Putinin Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul etmə mərasimində maraqlı məqam yaşanıb.
Paşinyanı qarşılayan Putin erməni liderin ata adını səhv salıb. Belə ki, Putin Nikol Paşinyana müraciət edərkən “Vovayeviç” əvəzinə “Vladimiroviç” deyib. Nikol Paşinyan Putinin bu “səhvini” düzəltmək üçün cəhd belə göstərməyib.
Sözügedən görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Nikol Paşinyanın gülünc vəziyyətə düşdüyü və Rusiya Prezidenti Vladimir Putinin erməni liderə etinasız yanaşdığı vurğulanıb.
[media=https://youtu.be/uUN6c89boGk]
Xəbəri paylaş