Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rüşvətə görə istintaqa cəlb olunan xəstəxana rəhbəri işdən kənarlaşdırılıb

“Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin rüşvətə görə cinayət işi başlanılan direktoru Nuru Nuriyev işindən müvəqqəti kənarlaşdırılıb.

"RegionTV.info"nun  xəbərinə görə, TƏBİB-dən bildirilib ki, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə direktor vəzifəsi Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılova həvalə edilib və o, Ağdaşa ezam olunub.

Həmçinin qeyd olunub ki, Yevlax RMX direktorunun vəzifəsinin icrası direktorun müavini, baş həkim Gülağa Əzizova həvalə edilib.

Qeyd edək ki, N.Nuriyev 20 ildən artıq Ağdaş Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, xəstəxana publik hüquqi şəxsə çevrildikdən sonra isə direktor işləyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də