Türkiyənin Konya bölgəsində Hərbi Hava qüvvələrinə məxsus NF-5 təyyarəsi qəzaya uğrayıb."RegionTV.info" xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Qəza nəticəsində təyyarənin pilotu həlak olub.
"Türk ulduzları" aviaakrobatika qrupuna məxsus NF-5 təyyarəsinin qəzaya uğraması zamanı pilot həyatını itirib.
Hadisə ilə əlaqədar istintaq başladılıb.


