Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda kişi borclu olduğu iki nəfər tərəfindən döyülüb

Bakıda xuliqanlıq hadisəsi olub.

"RegionTV.info"   xəbər verir  Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, aprelin 5-də Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini K.Abdullayev həmin gün saat 23 radələrində qəsəbə ərazisində 80 manat borclu olduğu iki nəfərin onu döydüklərini, cibindən içərisində 80 manat pul və şəxsiyyət vəsiqəsi olan pulqabını götürdüklərini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Əhmədov və N.Rəsulov müəyyən edilərək saxlanılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də