Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrini TƏBİB aparacaq.
"RegionTV.info"nun məlumatına görə, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum)- TƏBİB tərəfindən aparılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) – TƏBİB-in həmin reyestrə çıxışı təmin ediləcək.
Xəbəri paylaş