
"RegionTV.info" xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Bölməyə əvvəllər məhkum olunmuş, paytaxt sakini Eldar Babayevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Maştağa qəsəbəsi ərazisində tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
Faktla bağlı saxlanılan şəxs barəsində 14-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Eldar Babayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.