Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Metro, "mall"lar və idman zallarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - AÇIQLAMA

"RegionTV.info"
"Epidemioloji vəziyyətdən asılı olaraq karantin qaydaları sərtləşdirilə və ya yumşaldıla bilər. Azərbaycanda ÜST-ün ekspertləri var və müəyyən məsləhətləşmələr aparılır, qərarlar qəbul edilir".

Bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
 
Onun sözlərinə görə, əgər ölkədə yoluxanların sayında azalma olarsa, vəziyyət yaxşıya doğru gedərsə, karantin qaydalarında yumşalmalar olacaq: "Əski olacağı təqdirdə, sərtləşdirmə olacaq. Burada karantin qaydaları SMS icazə sisteminə qədər sərtləşdirilə bilər.

Azərbaycanda vaksinasiya prosesi gedir. "COVAX" platforması vaxtında Azərbaycana vaksin vermədilər. Amma biz Türkiyənin köməyi ilə Çindən vaksin alıb peyvəndləşmə prosesinə başlayaraq Cənubi Qafqazda ilk ölkə olduq. TƏBİB bizə vəd verib ki, yay aylarına qədər əhalinin 7 milyonunun vaksinasiya nəzərdə tutulub.

Əgər bu proses deyilən kimi təşkil olunarsa, bu, kollektiv immunitetə çatmaq üçün böyük yoldur. Hesab edirəm ki, vaksinasiya üçün yerlər artırılmalıdır. Bundan başqa şayiələr gəzir ki, vaksinasiya olunmaq istəməyən bəzi şəxslər hansısa sənədə qol çəkməklə qeydiyyata vaksin vurdurmuş kimi qeydə alınır. Buna qətiyyən yol vermək olmaz.

Yay aylarında çöldə maskasız gəzmək məsələsi də hamını maraqlandırır. Bu məsələ epidemioloji vəziyyətdən asılı olacaq. Əgər əlavə yoluxmalar olmazsa, dördüncü dalğa qeydə alınmazsa, açıq havada maskasız gəzmək mükün olacaq.

Kütləvi immunitetin formaşalması üçün əhalinin 75 faizində immunitetin yaranması lazımdır. Bura istər xəstəlik keçirənlər, istərsə də vaksinasiya olunanlar aiddir. Azərbaycanın quru sərhədlərinin bağlı qalması, metro, "mall"lar və idman zalları ilə bağlı qadağaların ləğvinə gəldikdə isə deyə bilərəm ki, əgər vəd verilən kimi yay aylarınadək bu qədər insan vaksinasiya olunacaqsa, biz buna nail ola bilərik".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də