Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Küçədə qadının çantasını oğurladılar - İçindən heroin çıxdı - FOTO/VİDEO

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

"RegionTV.info"  xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  məlumat verilib.

Qeyd edilib ki, İmişli rayon Bəhrəmtəpə qəsəbəsində yaşayan Güluzə Şahverənova RPŞ-yə müraciət edərək içərisində 2 500 manat pul, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük və şəxsiyyət vəsiqəsinin olduğu çantanın naməlum şəxslər tərəfindən qaçırıldığı barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində G.Şahverənovanın verdiyi məlumat təsdiqini tapmayıb.

Belə ki, əvvəllər məhkum edilmiş G.Şahverənova istintaqa məlum olmayan mənbədən əldə etdiyi 48 qramdan artıq narkotik vasitə olan heroini çantasında daşıyarkən naməlum şəxslər tərəfindən oğurlanıb.

Davam etdirilən araşdırmalarla heroini oğurlayan şəxslər də saxlanılıb. Onların Bəhrəmtəpə qəsəbə sakinləri - Vüqar Quliyev və Osman Abbaslı olduqları müəyyən edilib. Oğurlanan narkotik vasitənin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd olunan faktla bağlı İmişli RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

QALEREYA
[media=https://youtu.be/_M0HlBE1bOg]

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də