Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sarkisyan Kəlbəcər İstisuyunu yox olmaq təhlükəsi qarşısında qoydu...-FOTOLAR

“Ümid sənədir ancaq, Azərbaycan-Türk əsgəri!..”




 Azərbaycan Respublikasının 28-ci ildir ki, işğal altında qalan cənnət-məkan Kəlbəcər rayonundakı müalicəvi İstisu mənbəyi düşmən tərəfindən bərbad vəziyyətə salınıb.

Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə,  hadisə bir ay öncə avqustun ortalarında olub.  “Hər il olduğu kimi  bu yay da Zar kəndində yerləşən, biznesmen Vyaçeslav Sarkisyan tərəfindən icarəyə götürülmüş  termal su hovuzunun dibinin palçığının təmizlənməsi zamanı erməni traktorçu nəzarətsiz işlədiyindən çalovu həddindən artıq dərinə salıb. Nəticədə hovuzun dibi çox dərinləşib və İstisu, demək olar ki, batmağa, yox olmağa  başlayıb.  Kənddə sülənən erməni icmasının başçısı Sos Çilingaryan böyük çətinliklə suyun tədricən geri qayıtmasına nail olub.

Dığalar hələ utanmaz-utanmaz  İstisu  hovuzunun yanına “dərinləşdirilmiş hovuz- 2 metr” sözlərini yazıblar. Halbuki normal vaxtda hovuzun dərinliyi yalnız 1 metr olub...

Qarabağdakı separatçı rejimin müvafiq “ekoloji qurumları” yalnız dünən -sentyabrın  16-da  bərbad İstisunun fotoları sosial şəbəkələrdə yayıldıqdan sonra hadisədən xəbər tutub və məsələnin araşdırılacağı haqda bəyanat yayıb. Bəzi erməni “ictimai fəal”lar təbiət abidəsini bərbad hala salanların, o cümlədən İstusunu icarəyə götürmüş iş adamı Vyaçeslav Sarkisyanı məhkəməyə verilməsini tələb edib...

Qeyd: Sonuncu fotoda İstisu hovuzunun əvvəlki normal vəziyyəti görüntülənib....

P.S. “Ümid sənədir ancaq, Azərbaycan-Türk əsgəri!..”

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də