Hollandiyanın Rotterdam şəhərində 2 il əvvəl itən "Zina" adlı pişik, Belçikanın Tornhout şəhərində tapılıb.
Rotterdamın cənubundakı Karlois bölgəsində yaşayan sahibi, 2018-ci ildə aidiyyəti orqanlara pişiyinin itdiyini xəbər verib. Ancaq o gündən bəri pişikdən bir xəbər alına bilməyib.
Sahibinin evindən 100 km uzaqlıqda yerləşən Tornhout şəhərində meşəlik bir ərazidə görülən pişik "Poeze Moeders Zverfkattenproject" adlı bir dərnək tərəfindən qoruma altına alınaraq sığınacağa yerləşdirilib.
Dərnək rəhbərliyi baytar müayinəsinə aparılan pişiyin üzərində tapdıqları "çip" dən pişiyin 2 il əvvəl Rotterdamda itən pişik olduğunu öyrənib. Rəhbərlik pişiyi sahibi ilə görüşdürmək üçün hərəkətə keçsələr də, hələlik buna nail ola bilməyiblər.