Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əməkdar mədəniyyət işçisi vəfat etdi (FOTO)

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, tanınmış teatr xadimi Həsən Həsənov 71 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

"RegionTV.info"   xəbər verir ki, Həsən Nəsib oğlu Həsənov 1950-ci il iyul ayının 7-də Gürcüstanın Bolnisi rayonunun (Borçalı mahalının) Faxralı kəndində anadan olub.

1992-1994-cü illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrında sərəncamçı direktor vəzifəsində çalışıb. 1994-cü ildə Dövlət Gənclər teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunub. 2006-2009-cu illərdə Dövlət Gənclər Teatrında direktor, 2009-cu ildə isə direktor müavini vəzifəsində çalışıb. 2010-2014-cü illərdə Mingəçevir Dövlət Dram Teatrının direktoru olub.

2014-2017-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrında direktor müavini vəzifəsində çalışıb. 2017-ci ildən "Audiokitab" layihəsinin rəhbəridir.
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də