
"RegionTV.info"nun məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
“Memar Əcəmi” metrostansiyasının yaxınlığında motosikletlə avtomobilin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Adıgözəlov Edik Alik oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona sol baldır nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub.