Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədəki Çin səfiri XİN-ə çağırılıb

Çinin Ankaradakı səfiri Liu Şaobin Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

"RegionTV.info"   "Anadolu" agentliyinə istinadən xəbər verir ki, buna səbəb səfirliyin Türkiyənin İYİ partiyasının sədri Meral Akşener və Ankara Böyük şəhər bələdiyyə başqanı Mansur Yavaşı hədələməsidir.

Qeyd edək ki, M.Akşener və M.Yavaş dünən 31 il əvvəl Kaşqar vilayətinin Barın qəsəbəsində baş vermiş qətliamın ildönümü ilə bağlı paylaşım ediblər. Səfirlik hər iki siyasətçini etiketləyərək yazıb: "Çin tərəfi haqlı qarşılıq vermə haqqını özündə saxlayır".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də