
"RegionTV.info" xəbər verir ki, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gəncə şəhərinə səfəri çərçivəsində Qambiya respublikası üzrə təmsilçisi Əbubakar Ja bildirib. Diplomat qeyd edib ki, erməni təcavüzü nəticəsində Azərbaycan xalqının günahsız vətəndaşlarının, mülki şəxslərinin öldürülməsini pisləyirik.
“Burada yaşayan insanların heç bir günahı olmayıb. Mülki şəxslərə qarşı atılan addım çox ağır bir terrorun nümunəsidir. Bu səfərimizlə biz həm də Azərbaycana həmrəylik göstərmək istəyirik”, - deyə diplomat qeyd edib.