"RegionTV.info"nun verdiyi məlumata əsasən səfər çərçivəsində diplomat heyəti Gəncə şəhərində olub. Səfər çərçivəsində nümayənfə heyəti Vətən müharibəsi zamanı işğalçı Ermənistan ordusu tərəfindən dinc sakinlərin yaşadığı ərazilərə atılan ballistik raketlərlə vurulan yaşayış massivlərinə baxış keçirib.
Bir daha bildirilib ki, İƏT olaraq daima Azərbaycan xalqının yanında olublar və hər zaman Azərbaycanın haqlı davasını istər Birləşmiş Millətlər Təşkilatında (BMT), istərsədə digər beynalxalq qurumlarda müdafiə ediblər.
Məlumat üçün bildirək ki, Gəncə və Ağdam şəhərlərinə səfər zamanı İƏT-in 9 ölkəsindən 15 nümayəndə heyəti iştirak edib.
QALEREYA