Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ukraynalı jurnalist: “Azərbaycanlı həkimlər məni 7 günə sağaltdılar” - VİDEO

"RegionTV.info"
Ukraynalı jurnalist Evgenya Kitayban Vətən müharibəsindən sonra ölkəmizə səfər etdiyi vaxt COVID-19 virusuna yoluxub.

Onun Bakıda müalicə almasını və ezamiyyətinin necə keçdiyini soruşmaq üçün BAKU.TV-nin əməkdaşları jurnalistlə həmsöhbət olublar.

Ukraynalı jurnalist bildirdi ki, azərbaycanlı həkimlər onun müalicəsini yüksək səviyyədə apardılar və cəmi 7 gün sonra o, sağlamlığına qovuşmuş oldu:

“Bakı mənim yaddaşımda yaxşı həkimləri ilə qaldı. Sizin həkimlər mənə doğmalarımı əvəz etdilər, çünki diqqətcil və nəzakətli davranırdılar. Deməli, ezamiyyətimin bitməsi ərəfəsində, biz artıq Ukraynaya uçmalı idik və aeroportdan keçmək üçün COVID-19-a qarşı test verməli olduq. Testimin cavabı pozitiv çıxdı. Məndə elə alındı ki, ilk günün simptomu kiçik hərarət oldu.

Bundan sonra xəstəxanaya yerləşdirildim. Dərhal müalicəyə başladılar. Onlar məni 7 günə ayağa qaldırdılar”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də