Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xəstəxananın rəhbərinə cinayət işi açıldı, rüşvətə görə - FOTO

“Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Nuru Nuriyev və Kadrlar şöbəsinin vəzifəli şəxsi Şücaət Hacıyeva rüşvət almaqda təqsirləndirilir.

"RegionTV.info"   xəbər verir ki, hər iki şəxs barəsində cinayət işinin istintaqı başa çatıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Bilal Məmmədovun sədrlik etdiyi cinayət kollegiyasının icraatındadır.

Nuriyev Nuru İbad oğlu və Hacıyeva Şücaət Əvəz qızına Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvətalma) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, N.Nuriyev 20 ildən artıq Ağdaş Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, xəstəxana publik hüquqi şəxsə çevrildikdən sonra isə direktor işləyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də