Yeni Zellandiyada radio aparıcısı kimi fəaliyyət göstərən gənc qadın maskasını evdə unudunca yaradıcı bir bir həll yolu tapıb.
Moderator.az xəbər verir ki, çantasındakı alt palatarından maska kimi istifadə edən 26 yaşlı qadın, "Alt paltarını maska kimi istifadə etmək mükəmməl həll yoludur. Xüsusən də incə iplərini qulaqlarınızın üzərində çəkdikdə çox rahatlıq gətirir"deyib.
Fotosu dünyanın bir çox ölkəsinə yayılan Hayli Klark adlı qadın bu vəziyyətdən çox məmnun olduğunu və insanlar tərəfindən tanındığı üçün çox xoşbəxt olduğunu söyləyib.