"Ağdamda gördüklərim tam bir vəhşilikdir".
"RegionTV.info" xəbər verir ki, bunu Pakistanın İslam Əməkdaşlığı Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Rizvan Səid Şeyx bildirib.
"Bu vəhşiliyin nəticələrini öz gözlərimizlə görməyimiz bizləri dəhşətə gətirib. Gələn il İslamabadda İƏT-in Konfransı keçiriləcək. Həmin konfransda ermənilərin Qarabağda dağıntılara yol vermələri xüsusi qeyd ediləcək. İşğaldan azad edilən ərazilərin bərpası üçün konfransda məsələ qaldırılacaq".
Qeyd edək ki, İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad olunan Ağdam şəhərindədir.
Xəbəri paylaş