"RegionTV.info"
“Vətəndaşları qaz şəbəkəsinin keçdiyi ərazilərdə iş apararkən ehtiyatlı olmağa çağırırıq”.
Bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.
Qurumun direktoru bildirib ki, səhlənkarlıq xeyli sayda abonentin qazsız qalmasına gətirib çıxarır. Onun sözlərinə görə, bu gün İmişli rayonunun Yalavac və Cəfərli kəndindən olan vətəndaşlar ərazidə yerləşən qeyri-yaşayış sahəsində qazıntı işləri aparmaq istəyiblər. Bu zaman diametri 315 mm olan polietilen qaz kəməri zədələnib və nəticədə 8 kənddə 2500-ə yaxın abonent qaz ala bilmir:
“Kimsə təkcə öz gördüyü, öz marağında olan işin tamamlanmasını əsas tutmamalıdır. Təhlükəli sahə sayılan qaz təsərrüfatına ziyan dəydiyi halda onun törədəcəyi fəsadları da düşünməliyik. Doğrudur, belə hallarda bərpa işinin tezliklə icrası nəzərdə tutulur. Lakin nə qədər tez olsa da, 2 500-ə yaxın abonent 3-4 saat qazsız qalır. Bir daha xahiş edirəm ki, diqqətli olasınız”.
Xəbəri paylaş