Güclü külək Azərbaycanın bir sıra regionlarında elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.
"RegionTV.info" xəbər verir ki, "Azərişıq" ASC-nin mətbuat xidmətinin verdiyi məlumata görə, ölkənin Şimal rayonlarında əsən güclü külək Şabran, Xaçmaz və Quba rayonları ərazisində fərdi evlərin damlarını uçurub, ağacları aşırıb və nəticədə elektrik enerjisi verilişində fasilə yaranıb.
Dərhal hadisə yerinə gələn "Azərişıq" ASC-nin əməkdaşları Quba və Şabran rayonlarında elektrik enerjisi verilişində yaranan fasiləni aradan qaldırıb, Xaçmaz rayonu ərazisində isə təmir-bərpa işləri davam etdirilir.
Xəbəri paylaş