
"RegionTV.info" xəbər verir ki, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.
Pandemiya ərzində ölkədə koronavirusa ümumilikdə 197 873 yoluxma qeydə alınıb.
Məlumata görə, ölkədə son sutkada daha 13 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 627 nəfərə çatıb.
Koronavirusdan sağalanların ümumi sayı 177 601 nəfərə yüksəlib.
Hazırda 15 713 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.