
"RegionTV.info" bildirir ki, e-huquq.az məsələyə aydınlıq gətirmək üçün DİN Mətbuat Xidmətinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxlayıb. E.Hacıyev açıqlamasında yayılan məlumatların əsassız olduğunu deyib.
"Rayon və şəhərlərin giriş-çıxışında karantin postları qurulmayıb. Bununla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil", - deyə o bildirib.