Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sumqayıtda ev, Şəkidə avtomobil yanıb

"RegionTV.info"
Sumqayıt şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bundan başqa, Şəki şəhərində “QAZel” markalı yük avtomobilinin idarəetmə lövhəsi qismən və mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Yüksək temperaturdan avtomobilin ön şüşəsi əriyib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də