Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ucuz qiymətə avtomobil almaq istəyənlərə pis xəbər - kəskin bahalaşdı - VİDEO

Xarici ölkələrin auksionlarından alınan avtomobillərin qiyməti bahalaşıb. Ötən ilə nisbətən bu il qiymət 30 faizə qədər artıb.

"RegionTV.info"   xəbər verir ki, qəzalı və az xərc tələb edən belə avtomobili ucuz qiymətə alıb ölkəyə gətirmək yerli bazardan alınan avtomobillərin qiyməti ilə müqayisədə 10-30 faiz arası pula qənaət etməyə imkan verirdi. Hazırda isə xaricdən avtomobil sifariş etmək yerli bazara nisbətən sərfəli olsa da, qiymət ötən illə müqayisədə bahadır.

Mütəxəssislər bahalaşmanın səbəbini eyni avtombillərə tələbatın artması əlaqələndirirlər. Avtomobil almaq istəyənlər mühərrik həcmi az və ölkədə populyar olan markalara üstünlük verir.

Amerika, Cənubi Koreya və Almaniya bazarlarından avtomobillərin ölkəyə gətirilməsi işi ilə məşğul olan Nicat Əhmədov deyir ki, auksionda olan iştirakçıların sayına baxdıqda açıq- aşkar tələbatın hansı avtomobilə daha çox olduğunu bilmək mümkündür. Tələb və təklifə əsasən auksionda formalaşan qiymət də yüksək olur.

Bəzi limanların pandmiya səbəbindən bağlanması daşıma xərclərinə də təsir edib. Limanlardan asılı olaraq 200 dollara qədər bahalaşma müşahidə edilir. Mütəxəssislər bahalaşmanın pandemiyanın sonuna qədər davam edəcəyini proqnozlaşdırırlar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də