Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“RegionTV.info”nun məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Belə ki, 1939-cu il təvəllüdlü Seyfullayev Əhməd ağa Əşrəf oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona sağ aşağı ətrafın əziyi, sol qolun sınığı və kəllə-beyin travması diaqnozları qoyulub.
Xəbəri paylaş