
"RegionTV.info" xəbər verir ki, bunu İraq parlamentinin nümayəndə heyətinin üzvü Seyid Muxtar əl-Musəvi deyib.
Deputat bildirib ki, həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsi dövründə İraq türkmənlərinin ürəyi azərbaycanlılarla döyünüb. “Bizim dinimiz, dilimiz birdir. Hər zaman qardaş Azərbaycan xalqına dəstək verməyə hazırıq. Qarabağın işğaldan azad olunması bizləri çox sevindirdi, Qələbə gününü biz də bayram etdik. Bu, böyük uğur, böyük qələbədir”, - deyə o qeyd edib.
Seyid Muxtar əl-Musəvi ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinə də toxunub. Diqqətə çatdırıb ki, xalqlarımızı birləşdirən digər mühüm amil böyük ustad Füzulinin yaradıcılığıdır.