Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Erməni vandalizmi və yaxud, Dünyanın gözünün görməyən tərəfi...

"RegionTV.info"
Dünyanın gözü qarşısında ötən əsrin Xirosiması erməni vandalları tərəfindən Azərbaycanın tarixi ərazilərində bilərəkdən törədildi.

İkili standartların mövcud olduğu bir dünyada Azərbaycan bu fəlakətləri ilk olaraq vətəndaşlarına qarşı yaşamışdır. Erməni quldurları tərəfindən işğal edilmiş tarixi Aazərbaycan torpağları ilk vəhşliklərə sakinləri ilə şahid olmuşdur. Bunu əsirlikdən qayıdan hər bir azərbaycanlının danışığı, həkim-ekspertiza rəyləri aydın şəkildə göstərir.

Əslində, bu gün dağıdılmış Ağdam şəhərinin Xocalıda Zori Balayan tərəfindən sağ-sağ dərisi soyularaq “görək neçə dəqiqəyə  can verər” deyərək öldürdüyü azərbaycanlı körpənin iniltisinin dağıdılmış şəhərə çevrilərək qarşımıza dikilən ağrısıdır. Dağıdılıb sümüklərinə qədər çıxarılmış məzarlar bataqlıqda azərbaycanlı meyitləri üzərindən sanlınmış körpüdən keçən erməni cəlladlarının üzünə fışqıran azyaşlı, qadın, qoca əliyalın, dinc insanların taleyinin naməlumluğu qədər dəhşətlidir. 60-dan çox məscidin dağıdılaraq bir millətin dini etiqadına edilmiş terror anasının kəsilmiş döşü ağzına tıxınaraq oldürülən yaşı tamam olmayan uşağın aqibətinin maddi nümunələrdə əksidir. Tarixi abidələrə, dini məbədlərə qarşı olunmuş vandalizm bəşəriyyət tarixinə ermənilər tərəfindən törədilmiş soyqrmdır. Bu dəhşətlər işğal olunmuş hər bir rayon və kəndimizdə planlı və proqramlı şəkildə ermənilər tərəfindən törədilmişdir.

Dünya nə qədər gözünün birini yumsa da tarix həqiqətləri əsla unutmur. Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərdəki görüşləri, o görüşlərdə etdiyi çıxışlar ədalət hissini unutmuş bəzi dövlətləri əlahəzrət fakt qarşısında qoyur. Erməni vandalları törətdikləri vəhşiliklər azmış kimi xarabazara çevirdikləri yurdlarımızı mina toru ilə çevrəliyib. Bunun beynəlxalq hüquqa zidd olması bir tərəfə, minaların xəritəsini belə təqdim etmirlər. Tarixi, mədəni və insani cinayətlərinin cavabı verilmədiyindən erməni vəhşiləri bu addımla növbəti hərbi cinayəti davam etdirir. Möhtərəm Prezident dünya media nümayəndələrinin suallarını cavablandırarkən onların işğaldan azad olunmuş ərazilərə səfər edib hər şeyi öz gözləri ilə görmələrini istəmişdir. Az bir vaxt ərində dünyanın aparıcı media nümayəndələri işğaldan azad olunmuş torpaqlarımızda gözləri ilə gördüklərinin şokunu yaşadıqlarını, öz çıxışlarında necə bir ağrı və məyusluqla ifadə etdiyi hər birimizin gözü önündədir.

QARABAĞ AZƏRBAYCANDIR!
Əsədov Elməddin- Kəlbəcər rayon 74 saylı ümumi orta məktəbin direktoru.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də