"İki qardaş ölkənin qardaş komandası üz-üzə gələcək".
Bunu Türkiyənin "Qalatasaray" klubunun vitse-prezidenti Abdurrahim Albayrak UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matç barədə danışarkən deyib.
Klub rəsmisi növbəti mərhələyə yüksələcəklərinə inandığını bildirib: "Allahın köməyi ilə mərhələni keçib, Türkiyəyə qayıdacağıq".
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.