Daxili İşlər Nazirliyi AXCP üzvü Laçın Vəliyevin şərlənərək saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan iddialara münaisbət bildirib.
"RegionTV.info"nun xəbərinə görə, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, L.Vəliyev narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edir və bu araşdırmalarla sübuta yetirilib:
“Onun üzərindən hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı satış məqsədilə qanunsuz olaraq, istintaqla mənbəsi araşdırılan, şəxsi istehlak miqdarından artıq narkotik maddə 4,791 qr metamfetamin, 6,474 qr heroin aşkarlanıb. Eləcə da ona təyin edilən müvafiq tibbi müayinənin nəticələrinə görə, narkotik vasitələrin istifadəçisi olması məlum olub”.
Fakt üzrə Sabunçu RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü madəsi ilə cinayət işi başlayıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.
Xəbəri paylaş