
"RegionTV.info" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral jurnalistlərə bildirib.
Səfir türkiyəli mütəxəssislərin azərbaycanlı həmkarları ilə birgə Qarabağda azad olunmuş torpaqları minalardan təmizləmək üçün çalışdıqlarını deyib:
“Bizim mütəxəssislər həmçinin mina axtarışı və təmizlənməsi ilə bağlı mütəxəssis hazırlığını davam etdirirlər”.