Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zaqatalada zavoddan fındıq oğurlamaq istəyən şəxslər saxlanılıb - FOTO






Zaqatala Rayon Polis Şöbəsinə rayonun Əliabad qəsəbəsində yerləşən, MMC-lərdən birinə məxsus fındıq emalı müəssisəsinə iki nəfər naməlum şəxsin oğurluğa girdikləri barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Məlum olub ki, oğurluq məqsədilə zavoda girən şəxslər mühafizəçinin onları gördüyü zaman oğurlamaq istədikləri fındıqla dolu kisələri həyətə atıb, qaçaraq oradan uzaqlaşıblar.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində zavoddan oğurluq etmək istəyən şəxslərin rayonun Faldarlı kənd sakinləri - əvvəllər də oğurluğa görə dəfələrlə məhkum olunmuş Hakim Hacıyev və İsrail Səfərov olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.







Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də