
"RegionTV.info"nun məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Buzovna qəsəbəsində iki avtomobilin toqquşması zamanı 1969-cu il təvəllüdlü Qədirov Natiq Seyidulla oğlu müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.