
“RegionTV.info” xəbər verir ki, bu barədə Varşavanın sərhəd mühafizəsinin yerli bölməsinin mətbuat katibi Daqmar Beles-Yanas yerli xəbər agentliyinə bildirib.
"Təyyarənin yoxlanılması üzrə tədbirlər hələ davam edir", - o qeyd edib. Sərhəd mühafizəsinin yerli bölməsinin mətbuat katibi vurğulayıb ki, hələlik heç bir şübhəli predmet aşkar edilməyib.
"Hər şey onu göstərir ki, bu, anonim zarafat idi", - Beles-Yanas deyib. Onun sözlərinə görə, partlayış təhlükəsi olan maddələrin mövcudluğunu yoxlamaq üçün təyyarəyə mütəxəssis xidməti itlə qalxmalıdır.