
"RegionTV.info" xəbər verir ki, Şəhid Paşayev Əvəz Telman oğlunun anası Sarıgül Paşayeva aprelin 2-də həyatına qəsd edərək özünün öldürüb. Kənd sakinlərinin “Kanal32”yə bildirdiyinə görə, mərhum övladının Şəhid olduğu gündən indiyə kimi onun yoxluğu ilə barışa bilmirdi. Özünü öldürməsinin səbəbi də məhz oğul itkisidir.

Xatırladaq ki, Şəhid Paşayev Əvəz Telman oğlu 17 fevarl 1995-ci ildə anadan olub və 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğurunda” medalı ilə təltif olunub. Evli idi, bir körpə övladı var.
