IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
"RegionTV.info" xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu gün Bakının Xocasən qəsəbəsində keçirilən aksiyaya DGK-nın əməkdaşları da qoşulub. Ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev də iştirak edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının və könüllülərin iştirakı ilə 2 hektar ərazidə 1 600-dən artıq müxtəlif cinsli ağac əkilib.
Qeyd edək ki, bu il yaz və payız əkin mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkiləcək..
Xəbəri paylaş