
"RegionTV.info"nun xəbərinə görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
M.Əsədullazadə bildirib ki, Bakıya atılan "İsgəndər M" ballistik raketini Azərbaycan havadan müdafiə sistemləri zərgər dəqiqliyi ilə vurmaqla, birbaşa Rusiyanın "İsgəndər" mifini darmadağın edib: “Bakıya atılan "İsgəndər M"-ın havada zərərləşdirilməsi barədə artıq geniş şəkildə açıqlamalara ehtiyac var. Azərbaycanın uğurlu hərbi əməliyyatlarının qarşısını almaq üçün demək olar ki, Azərbaycan Ermənistan üzərindən Rusiya tərəfindən intensiv raket atəşinə tutulmuşdur. İsrailin bizə verdiyi havadan müdafiə sistemləri bu raketləri məhv etdi. Görəsən, Rusiyadan aldığımız "S-300" havadan müdafiə sistemləri işə düşübmü?! Məlum olur ki, Rusiyadan aldığımiz "S-300" İsrailin "Lora" və "Barak-8" raketlərindən keyfiyyətcə zəifdir. Və, vurma dəqiqliyi yoxdur. Ona görə də Ermenistandan atılan bu kimi raketlər İsrail silahları ilə məhv edilib.