Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Röya Flora Kərimova ilə qalmaqalından danışdı

Xalq artisti Röya Ayxan Flora Kərimova ilə münasibətindən danışıb.

"RegionTV.info"  xəbər verir ki, Röya "ATV maqazin onlarla" verilişində Flora Kərimova ilə barışdığını etiraf edib.
 
"Həmişə onu və qızını çox istəmişəm, gözüm üstə yeri olub. Mənim bir açıqlamamdan inciyib. Əslində, pis qəlblə demədim. Müraciət elədim, çünki qızının toy mərasimində sevərək iştirak etmişdim. Zümrüddən xahiş etdim ki, bəlkə Flora xanımla o danışsa, problem düzələcək. Heç anlamadım ki, problem haradan gəldi. Məsələ düzəldi və çox sevindim. Onun da ömrü uzun olsun, bizə lazımdır", - müğənni qeyd edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də