Sosial şəbəkələrdə, Vətən müharibəsində şəhid olduğu bildirilən Quliyev Elvin sağ-salamatdır.
"RegionTV.info" xəbər verir ki, bu barədə Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan leytenant Rəsul İbrahimli məlumat verib.
R.İbrahimli şəhid olduğu deyilən əsgərin adının Elvin yox, Ülvi olduğunu da bildirib. Qeyd edib ki, əsgər Quliyev Ülvi hazırda Şuşada hərbi xidmətini davam etdirir.
Rəsul İbrahimli vurğulayıb ki, sosial şəbəkələrdə, o cümlədən onlayn mediada bu tipli yanlış, dəqiqləşdirilməmiş məlumatların yayılması qəbuledilməzdir: "Belə yalan məlumatı yayan şəxslər özlərini həmin əsgərlərin valideynlərinin yerinə qoysalar, necə böyük günah işlədiklərinin fərqinə vara bilərlər bəlkə. Əsgər və zabitlərimiz barəsində yalan məlumat yayanlarla bağlı aidiyyəti qurumlar ölçü götürsələr, belə xəbərlərin qarşısı alınar".
Əsgər Ülvi Quliyevin yeni fotosunu da təqdim edirik:
Xəbəri paylaş