
"RegionTV.info"nun məlumatına görə, hadisə rayonun Qaxingiloy kəndində baş verib.
Belə ki, 1931-ci il təvəllüdlü kənd sakini Papiaşvili Jenya Sergeyevna yaşadığı evdə tək olduğu zaman yıxılıb və başı betona çırpılıb. Qadın hadisə yerində həyatını itirib. Onun meyitini evə gələn qızı aşkarlayıb və hüquq-mühafizə orqanlarına xəbər verib.
Yaşlı qadın evdə oğlu ilə yaşayıb. Hadisə baş verən gün isə oğlu evdə olmayıb.
Faktla bağlı araşdırma aparılır.