"RegionTV.info"
03.04.2021-ci il tarixində Yevlax şəhər Nizami adına 7 nömrəli tam orta məktəbdə Vətən müharibəsində iştirak etmiş qazilərimiz Yusif və Mirağa ilə şagird və müəllimlərimizin görüşü keçirildi.
Bu gün Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən 5 il ötür. Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə deyib:
“Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Tarixə 4 günlük müharibə adı ilə düşən aprel döyüşləri hər bir Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Bu inamın, güclü ordunun və ölkə rəhbərimizin siyasəti nəticəsində 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı.
44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi şücayət Azərbaycan ordusunun hərbi gücünü bir daha göstərdi.Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun qoruyub saxlayacaq. ”44 günlük Vətən müharibəsi Silahlı qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin yalnız başlanğıc nöqtəsidir!
Xəbəri paylaş