
"RegionTV.info"nun xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.
Q.İbadoğlu bildirib ki, anti-Qərb ritorikasını genişləndirməklə Rusiya daxilində yaranmış ağır sosial-iqtisadi durumdan narazı olanların diqqətini ABŞ və Avropa Birliyi ilə gərginliyə cəlb ediləcək: “DXR ərazisini Krımla birləşdirməklə yarımadaya quru ərazilərdən çıxışa və Krımın su probleminin həllinə nail olacaq. Rusiya- Çinin yaratmaq istədiyi anti-Qərb Koalisiyasına qoşulmağa tərəddüd edənləri müttəfiqlərə çevirəcək. Rusiya bu müharibədə hərbi cəhətdən qalib olsa da, siyasi məğlubiyyətə uğrayacaq”.